02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Aİ müşahidəçiləri Ermənistanda Azərbaycana yox, İrana görə yerləşdirilib

30 dek 2023 09:00
GÜNDƏM
ads

İran Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün kəskin addımlar atmayacaq. Bu addım İranın İrəvanla Bakı arasında əlaqələrin qurulmasının qarantı kimi ehtimal olunan status sayıla bilər.

Publika.az xəbər verir ki, bunu politoloq Argişti Kiviryan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

O hesab edir ki, nə qədər ki, Rusiya regionda var, Tehran belə addımlar atmayacaq, xüsusən də İranla Rusiya Federasiyası arasında münasibətlər fəal şəkildə inkişaf etdiyi bir vaxtda.

Ekspert xatırladıb ki, Rusiya, İran və Türkiyə Cənubi Qafqazda, yəni Qərbdə məsələlərin həllinə regiondankənar qüvvələrin müdaxiləsinə qarşıdır.

“Tehran çox gözəl başa düşür ki, Aİ müşahidəçilərinin fəaliyyəti Azərbaycana qarşı deyil, İran qoşunlarının Ermənistan ərazisinə mümkün nüfuzuna nəzarətlə bağlıdır. Görünən odur ki, bu müşahidəçilər mahiyyət etibarilə kəşfiyyatçılardır. Neçə dəfə Azərbaycanın Ermənistana hücumlarının qarşısını alıblar? Heç vaxt.

Əgər Rusiyanın Cənubi Qafqazda mövqeyi zəifləsə, o zaman İran ilk növbədə bu müşahidəçiləri regiondan çıxarmaq üçün hədəfə alacaq”, - Kiviryan əlavə edib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur