"Liberal diktatura onun qaydaları ilə oynamayan tənhalara dözməz".
QÜTB.AZ xəbər verir ki, Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov "Telegram" kanalında Pavel Durovun həbsinə belə reaksiya verib .
“Pavel Durov bu gün Parisdə saxlanılıb. Liberal diktatura azadlıq iddiasında olan və onun qaydaları ilə oynamayan şəxslərə dözməz. İlon Mask hazırlaşın”, – o yazıb.
Qeyd edək ki, Avqustun 24-də "Telegram" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Fransada həbs edilib . İş adamı 20:00 radələrində şəxsi təyyarəsini "Le Burje" hava limanında uçuş-enmə zolağına çıxararkən saxlanılıb.
Hüseyn İbadlı