"Bu yaxınlarda bir müsahibəmə rast gəldim. İzləyib, gördüm ki, aparıcıya düzgün cavab vermədim. Amma halbuki mən o cür fikirləşmirdim. Sadəcə, fikrimi düz çatdıra bilmədim. Evdə buna görə biraz əsəbiləşdim. Özümə sual verib dedim ki, bu sözləri mən demişəm? Axı mən elə düşünmürəm və elə adam deyiləm. Lakin həqiqətən də səhv cavab vermişəm".
Publika.az xəbər verir ki, bu sözləri Xatirə İslam MTV Azərbaycan kanalına müsahibəsində deyib.
Sənətçi bildirib ki, formatı ona uyğun olmayan verilişlərə getmir:
"Səmimiyyət və belə verilişlər çox olanda insan rahat olur və fikrini düz şəkildə çatdıra bilir. Belə olan halda tamaşaçı səni tanıyır və səni olduğu kimi qəbul edir. Fikrini düzgün çatdırmayanda isə tamaşaçı səni düz başa düşmür və aqressiya yaranır.
Tamaşaçılar və sənətçilər arasında hər zaman biraz aqressiya var. Bunu kimlər yaradır? Bunu düzgün formalaşdırmayan yazarlar və aparıcılar edir. O başlıqla tamaşaçı aqressiyasını sənətçinin üzərinə tökməyə başlayır və onda da tərəflər arasında qarşıdurma yaranır. Bu yarananda da müğənni küsür və efire getmir.
O müğənni onun haqda yazan jurnalistdən tutmuş onu dinləyən tamaşaçısından da küsür. Sənətçilər verilişlərdə rahat olmalıdır. Mən rahat olmadığım verilişlərə getmirəm. Formatı mənə uyğun olmayan verilişlərə getmirəm. Orada fikrimi düzgün ifadə edə bilməyəcəyəmsə, ən yaxşısı ora getməməkdir. Sən, aparıcı verilişində məni çaşdırırsan və mən fikrimi düzgün şəkildə ifadə edə bilmirəm". (Bizim.Media)