Tayvanın şərq sahillərində güclü zəlzələ baş verib.
Qutb.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteoroloji Bürosu məlumat yayıb.
Məlumata görə, ocağı 23,9 km dərinlikdə yerləşən zəlzələ 5,5 bal gücündə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.