29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

DİN Mingəçevirdəki qətillə bağlı yeni məlumat yaydı

10 fev 2024 21:00
GÜNDƏM
ads

Mingəçevir sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəşlə öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Tir tüfəngi öldürə bilir. Az əvvəl Mingəçevirdə dostlar arasında ehtiyatsızlıqdan baş verən hadisə ölümə səbəb olub", - E.Hacıyev qeyd edib.

Qeyd edək ki, hadisə ötən gün saat 22 radələrində baş verib. Şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.

xxx

00:00

Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.

Bu barədə Publika.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur