02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Neft 3 ildən sonra KƏSKİN UCUZLAŞDI

10 sen 2024 20:00
GÜNDƏM
ads
Advertisement

Londonun ICE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 70 dollar/bareldən aşağı düşüb.

QÜTB.AZ xəbər verir ki. bunu ticarət məlumatları sübut edir.

Bu, 20 dekabr 2021-ci ildən bəri ilk dəfə baş verib. Bakı vaxtı ilə saat 18:11-də bir barelin qiyməti 2,71% azalaraq 69,89 dollar olub.

Ötən gün dünyanın aparıcı əmtəə treyderləri “Trafigura Group” və “Gunvor Group” neft bazarının perspektivləri ilə bağlı tutqun proqnozlar təqdim ediblər. Treyderlərin bu proqnozları Çin və ABŞ-da tələb, eləcə də OPEC+-a daxil olmayan ölkələrdən artıq təkliflə bağlı narahatlıqlarla əlaqələndirilir.

OPEC+ keçən həftə oktyabr ayından planlaşdırılan hasilat artımını təxirə salsa da, gələn il hasilatı artırmaq kimi uzunmüddətli hədəfinə sadiq qalır.

Sentyabrın əvvəlində "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 2023-cü il martın 20-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb .

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur