ABŞ-nin Nyu Meksiko ştatının məhkəməsi “Pas” (Rust) filmi üzərində işləyərkən operatoru qəsdsiz öldürməkdə ittiham olunan aktyor Alek Balduinə qarşı işi dayandırıb.
Publika.az xəbər verir ki, A.Bolduinin vəkilləri prokurorluğun hadisə ilə bağlı bəzi faktları gizlətdiyini əsas gətirərək, işi bağlamaq istəyiblər. Məhkəmə təkrar araşdırma hüququ olmadan işə xitam verilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, 2021-ci ildə “Pas” filminin çəkiliş meydançasında aktyor boş patronlarla deyil, əsl patronlar ilə dolu olduğu ortaya çıxan silahla atəş açıb. Operator Qalina Hatçins və rejissor Coel Sousa xəsarət alıb. Rejissor bir neçə saatdan sonra xəstəxanadan buraxılıb, operatoru isə xilas etmək mümkün olmayıb.