Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ani Badalyan mətbuata açıqlama verib.
Ani Badalyan bu addımın səbəblərini şərh etməyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçiriləcək 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyətini göndərməkdən imtina etmişdi.