07.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İstanbul razılaşmaları “masada” qalır

04 iyl 2024 14:00
GÜNDƏM
ads

Ukrayna üzrə İstanbul razılaşmaları “masa üzərində” qalır və danışıqlar prosesinin əsasını təşkil edə bilər.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "ŞƏT Plus" iclasında bildirib.

Putin onu da vurğulayıb ki, Rusiya Ukrayna böhranı ilə bağlı dinc danışıqlara hazırdır:

"Məhz Ukrayna danışıqlardan imtina etdi və bunu açıq şəkildə Londonun birbaşa göstərişi ilə etdi".

Xatırladaq ki, 2022-ci il martın 29-da İstanbulda Rusiya və Ukrayna arasında üzbəüz danışıqlar keçirilib və tərəflər atəşkəs üçün ilkin şərtlər, prinsiplər hazırlayıblar. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sazişlərin təminatçısı qismində çıxış etməsi planlaşdırılırdı. Kiyevi Ukraynanın hakim partiyası olan “Xalqın xidmətçisi” parlament fraksiyasının lideri David Araxamiyanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Rusiya nümayəndə heyətinin rəhbəri isə prezidentin köməkçisi Vladimir Medinski olub.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur