İsrailin xarici işlər naziri İsrail Katz Həmas siyasi bürosunun yeni lideri Yəhya əs-Sinvarın mümkün qədər tez məhv edilməsinə çağırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Əzəli terrorçu Yəhya Sinvarın İsmayıl Haniyəni əvəz edərək HƏMAS-ın yeni lideri təyin edilməsi onu sürətlə aradan götürmək və bu rəzil təşkilatı yer üzündən silmək üçün daha bir tutarlı səbəbdir”, - Katz deyib.
Xatırladaq ki, Yəhya əs-Sinvar İsmayıl Haniyənin öldürülməsindən sonra Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib. Əl-Sinvar bundan əvvəl Qəzza zolağında hərəkatın lideri olub.
İsrail ordusunun sözçüsü Daniel Hagari Sinvarı 7 oktyabr tarixində tarixin ən dəhşətli terror aktına görə məsuliyyət daşıyan terrorçu adlandırıb.
Hüseyn İbadlı