"Liverpul" bu mövsüm Avropanın ən yaxşı beş liqasında 5 oyunçusunun bütün yarışlarda 10 və ya daha çox qol vurduğu ilk komandadır.
Publika.az xəbər verirk ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, "Luton Taun"a qol vuran Luis Diaz bu mövsüm vurduğu qolların sayını 10-a çatdıran 5-ci futbolçu olub. Diazdan əvvəl bunu Məhəmməd Salah (19 qol), Dioqo Jota (14), Darvin Nunyes (13) və Kodi Qakpo (11) bacarıb.
Hazırda keçirilmiş 26 Premyer Liqa oyunundan sonra "Liverpul" 60 xalla turnirin liderdir. Mersisaydlılar ən yaxın izləyicisi “Mançester Siti”ni 4 xal qabaqlayır.
Heybət