Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərinin müddəti yerli vaxtla saat 24:00-dək uzadılıb.
Publika.az xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
***
İranda seçki məntəqələrinin işi prezident seçkilərində səsvermə ilə əlaqədar ikinci dəfə 2 saat uzadılıb.
Publika.az xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
o bildirib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.
Qərara əsasən, səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.
***
İranda növbədənkənar prezident seçkisinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami məlumat verib.
Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.
Xatırladaq ki, seçkinin ikinci turunda Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.