Avro-2024: Türkiyə millisi bu gün Portuqaliya ilə qarşılaşacaq
Şamaxıda maşın aşdı - 18 yaşlı sürücü öldü - FOTO
İranda saxlanılan Fəiddən XƏBƏR VAR: Əməliyyat olunub, vəkil tutulub.
İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli üçün vəkil tutulub.
Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, hazırda vəkil məhkəmənin qərarlarını gözləyir.
“Bəli, vəkil tutulub. İran azərbaycanlısıdır. Vəkil hakimlə də görüşüb, Fəridlə də. Hələ ki qərarı bilmirik. Məhkəmə qərarı ona məktub şəklində göndərilməlidir. Amma hələ məktub almayıb. Qərar vəkilə məktubla göndəriləcək . İranda son məhkəmə olmadan hakim qərar verə bilir bəzən”, - Fərid Səfərlinin anası qeyd edib.
Dilarə Əsgərova vurğulayıb ki, oğlu ilə iki gün əvvəl telefonla danışıb:
"Təsadüfən ağzından çıxdı, məndən gizlədirmiş, orda təxminən 2-3 ay əvvəl kor bağırsağından əməliyyat olunub. Özü də hökmün nəticəsini gözləyir. Vəkillə danışmışam, işlə tanışdır. Fəridi həmin ittihamla günahlandıracaq heç bir sübut yoxdur. Həmin qızın ifadəsini də oxuyub. O da Fərid haqqında ittihamla əlaqəsi olan heç bir şey yazmayıb Hətta qız da yazıb ki, mən inanmıram. Bizim məqsədimiz ancaq görüşmək olub”.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.