“Mançester Yunayted”in mətbuat xidməti sosial şəbəkədə bu gün, dekabrın 31-də 82 yaşı tamam olan “qırmızı şeytanlar”ın əfsanəvi keçmiş baş məşqçisi Ser Aleks Ferqyusonu ad günü münasibətilə təbrik edib.
“Hər birimiz Ser Aleks Ferqyusonu sevirik. Ad günün mübarək Ser Aleks!” – “Mançester Yunayted” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, şotlandiyalı çalışdırıcı 1986-2013-cü illərdə mankunianlılara rəhbərlik edib. Bu müddətdə “Mançester Yunayted” 13 dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə kubokunu, dörd dəfə İngiltərə Liqa kubokunu, on dəfə İngiltərə Superkubokunu, iki dəfə Çempionlar Liqasını qazanıb. Ümumilikdə, şotlandiyalı mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” bütün turnirlərdə 1476 oyun keçirib.