Məşhur rusiyalı aktyor Pavel Priluçnının bank hesabları vergi orqanları tərəfindən bloklanıb.
Publika.az xəbər verir ki, aktyorun Federal Vergi Xidmətinə bəyannamə təqdim etmədiyi məlum olub.
Bildirilib ki, aktyor iyulun 3-dək yaradıcılıq fəaliyyəti ilə bağlı maliyyə hesabatını verməli idi. Onun bunu unutmuş ola biləcəyi də qeyd edilib,
Aktyorun başı keçmiş həyat yoldaşı Aqata Museniese ilə çətin məhkəmə proseslərinə qarışmış ola bilər. O, oğlu və qızı üçün alimentin məbləği ilə bağlı apellyasiya şikayəti verməyə hazırlaşır. Uşaqların kimdə qalacağı da müzakirə mövzusudur.