21.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İstixana emissiyaları günün uzunluğunu artırır

18 iyl 2024 00:00
GÜNDƏM
ads

İqlim dəyişikliyi günün uzunluğunu artırır.

Publika.az xəbər verir ki, bu qənaətə Amerikanın “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırmada deyilir.

Materialda iqlim dəyişikliyinin su kütlələrinin ekvatora keçməsi ilə müşayiət olunduğu, bunun isə Yerin daha da hamarlaşmasına gətirib çıxardığı və nəticədə günün uzunluğunu artırdığı qeyd edilir.

Hazırkı iqlim dəyişikliyi görünməmiş bir həddədir. Qlobal istiləşmə son onilliklərdə buzlaqların və qütb buz təbəqələrinin əriməsini sürətləndirib, dəniz səviyyəsinin qalxmasına səbəb olub. Tədqiqatda deyilir ki, hava kütlələrinin qütbdən ekvatora doğru hərəkəti 1900-cü ildən bəri Yerin şişkinliyini və günün uzunluğunu (LOD) əhəmiyyətli dərəcədə artırıb.

Tədqiqat müəllifləri onu da qeyd edirlər ki, hazırda bir sutka təxminən 86,4 min saniyə davam edir. Yerin fırlanmasını tədricən ləngidən Ayın cazibə qüvvəsi hesabına onun müddəti bir qədər artıb. Alimlərin fikrincə, günün uzunluğunun dəyişməsi hər yüz ildən bir millisaniyədən bir qədər çox olur. İstixana emissiyaları artmağa davam edərsə, günlər daha sürətlə uzanmağa başlayacaq və bu rəqəm bir əsrdə 2,4 millisaniyəyə qədər çoxala bilər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur