Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Milli.Az-a FHN-dən bildirilib.
Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib.
-------
23:42
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə Milli.Az-a FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
--------
23:18
Baş verən yanğınlar qlobal istiləşmə ilə bağlı olan hadisədir".
Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yay aylarında isti vaxtlarda belə hadisələrlə rastlaşmaq olar:
"Nəzərə almalıyıq ki, bu il alimlər tərəfindən ən yüksək temperatur qeydə alınıb. Mən demək istəmirəm ki, bu, qlobal istiləşmə ilə bağlı olan hadisədir. Yanğının niyə baş verməsi ekspertizadan sonra deyiləcək".
-------
23:18
Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.
Milli.Az