Kreml “Wired” nəşrinin ABŞ xüsusi xidmət orqanlarının Rusiya prezidenti Vladimir Putini yaxın ətrafının telefonları vasitəsilə izləmək cəhdləri ilə bağlı dərc etdiyi məlumatlarla tanış deyil.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir.
“Bu şəkildə dəqiq nəyi (nəzarət etməyə çalışdıqlarını) bilmirik. Bu məlumatın nəyə əsaslandığını bilmirəm. Orada adı çəkilən şirkətlərdən xəbərimiz yoxdur. Bizim xüsusi xidmət orqanlarımız dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir ”, - Peskov bildirib.
Kreml sözçüsü əlavə edib ki, istənilən əməliyyat sisteminə malik smartfonlar müşahidə üçün şəffafdır. Peskovun sözlərinə görə, telefondan istifadə edən hər kəs bunu aydın şəkildə anlamalı və xəbərdar olmalıdır.
Qeyd edək ki, Amerikanın “PlanetRisk” şirkətinin Putinin hərəkətlərini izləməyə çalışdığı bildirilmişdi. Qeyd edilib ki, şirkət kommersiya məlumatlarından istifadə edərək telefonları izləmək üçün “Locomotive” adlı texnologiya hazırlayıb. Məlumata görə, şirkətin ABŞ əməkdaşları Putinin təhlükəsizlik işçiləri, siyasi məsləhətçilərinin, sürücülərinin və digər işçilərin smartfonlarını izləyiblər.
Murad