27.02.25 | Bakı 0.76° C |
10:06:25
Lent :

İsa Qəmbər Bakıda ermənilərlə görüşüb? - ŞOK İDDİA

27 fev 2025 13:00
GÜNDƏM
ads

Müsavat Partiyasının başqanı, Azərbaycan parlamentinin sabiq sədri İsa Qəmbərin Bakıda erməni deputatlarla gizli danışıqlar apardığı iddia edilib.

Qutb.az-ın məlumatına görə, bu iddia ilə sabiq müdafiə naziri Rəhim Qazıyev çıxış edib.

Onun sözlərinə görə, İsa Qəmbər bir qrup erməni deputatın Azərbaycan və Ermənistan arasındakı münaqişəni dinc yolla nizamlamaq məqsədli yazılı müraciətini parlament üzvləri və xalqdan gizlədib. Bu müraciət sonralar İ.Qəmbərin arxivindən çıxarılaraq Rəhim Qazıyevə ötürülüb.

Sabiq baş nazir Pənah Hüseyn də məsələyə münasibət bildirib. O, Rəhim Qazıyevin yalan danışdığını deyib.

O, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dövründə parlamentin deputatı olan Aşot Bleyan və onun gətirdiyi müraciətlə bağlı sübutlar da dərc edib:

“5 noyabr, 1992-ci ildə, Bleyan Bakıda olduğu vaxtda, parlamentin spikeri İsa Qəmbər iclasda çıxış edərək sözügedən məsələ və sənəd haqqında deputatlara məlumat verib. Səhəri gün müvafiq məlumat rəsmi dövlət qəzeti olan “Azərbaycan”da dərc edilib. Yəni bütün ölkə və dünya ictimaiyyəti bir qrup erməni deputatların müraciəti ilə tanış olub. Nəhayət, Bleyan elə Bakıda olarkən həmin sənəddə imzası olduğu deyilən Ermənistan parlament üzvlərinin bundan imtina etdikləri barədə İrəvanda açıqlama yaydı. Həmin açıqlama Ermənistan mediasında da dərc edilərək Bakıya da çatdı”.

 

1419348

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
0.76° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur