Brent markalı neftin mart ayında tədarük müqavilələrinin dəyəri ABŞ və Britaniya hərbçilərinin Yəməndəki Husi bazalarına gecədə endirdiyi zərbələrdən sonra 2,7 faiz bahalaşaraq bir barel üçün 78,9 dollara çatıb.
Publika.az xəbər verir ki, bunu London ICE birjasının ticarət məlumatları təsdiq edib.
Aprel ayı əmtəə müqavilələri üzrə kotirovkalar isə öz növbəsində 2,73 faiz artaraq bir barel üçün 78,54 dollar olub. May fyuçerslərinin dəyəri oxşar dinamika nümayiş etdirərək 2,68 faiz artaraq 78,28 dollara, iyun fyuçerslərinin dəyəri isə 2,64 faiz artaraq 78,03 dollara çatıb.
Analitiklər belə dinamikanı bir sıra amillərlə əlaqələndirirlər. Qiymət artımının əsas katalizatorlarından biri Qərb hərbçilərinin "Ənsar Allah" yarımhərbi qruplaşmasının Yəmən üsyançılarının mövqelərinə gecə saatlarında kütləvi hücumu olub. Buna səbəb Qırmızı dənizdə ticarət gəmilərinə davam edən raket hücumlarıdır.
Ekspertlər hesab edir ki, yanvarın 12-də neftin birja qiymətləri Yəməndə hərbi əməliyyatların genişlənməsinin miqyasından asılı olaraq bir barel üçün daha bir neçə dollar arta bilər.
Cəmilə