Braziliya millisinin sabiq futbolçusu Ronaldo ilk dəfə debüt etdiyi "Kruzeyro" klubunun səhmlərinin 90%-ni satıb.
Publika.az "Routers"ə istinadla xəbər verir ki, sövdələşmə 600 milyon real qiymətləndirilir. Bu, təxminən 117 milyon dollar deməkdir. Nəzarət səhm paketi böyük supermarketlər şəbəkəsinin sahibi Pedro Fiqeyredoya verilib.
Ronaldo "Cruzeiro"nu 2021-ci ilin dekabrında təxminən 70 milyon dollar ödəyərək alıb. Həmin vaxt komanda Braziliya çempionatının ikinci divizionunda çıxış edirdi.
Braziliyalı klubun 195 milyon dollarlıq borcunu ödəməyə və onu yüksək diviziona qaytarmağa kömək edib. Ancaq sonra nəticələr yenidən pisləşib və 2023-cü ildə "Cruzeiro" turnir cədvəlini 14-cü yerdə başa vurub.
Keçmiş futbolçu 1993-1994-cü illərdə bu komandada çıxış edib. O, ilk dəfə böyüklər səviyyəsində oynayıb.
İki dəfə “Qızıl top”un qalibi İspaniyanın “Valyadolid” klubunun nəzarət paketinə sahibdir. Onu növbəti dəfə satmağı planlaşdırır.
Hüseyn İbadlı