03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Sabah bu rayonlarda qaz olmayacaq

28 fev 2024 17:00
GÜNDƏM
ads

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksəktəzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksəktəzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi nəzərdə tutulub.

Publika.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, bununla əlaqədar 29.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək “Lək 1-ci xətt”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin “Ucar” qaz ölçü qovşağından qidalanan Ucar şəhərini və rayonun 20 kəndini təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində Təmiz Qaz QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğuların baypas xətləri üzərində olan siyirtmələrinin təmiri ilə bağlı, 29.02.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Zərdab və Ucar rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur