Estoniya etiraf edib ki, tezliklə Rusiya ilə sərhədini bağlayacaq.
Publika.az xəbər verir ki, Estoniya polisinin sərhədi keçənlərə verdiyi bildirişin fotosu “RTVi” teleqram kanalı tərəfindən yayımlanıb.
Mətndə qeyd olunur ki, Rusiya hakimiyyəti “son həftələr ərzində” ölkəyə daxil olmaq imkanı olmayan əcnəbiləri Rusiya-Estoniya sərhədinə göndərir. Buna görə də polis deyir ki, Estoniya “milli təhlükəsizlik və ictimai asayiş baxımından” sərhədi bağlaya bilər.
Əvvəllər Finlandiya Rusiya ilə sərhədin bağlanmasını iki ay - aprelin 14-dək uzadıb. Əvvəlki məhdudiyyət fevralın 11-dək qüvvədə idi. Finlandiya üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını səbəbindən 2023-cü ilin noyabrında sərhəd keçidlərində məhdudiyyətlər tətbiq etməyə başlayıb.