Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 23:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir.
Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.