Böyük Dəbilqə turnirlərinin altıqat qalibi, dünyanın sabiq bir nömrəli tennisçisi Boris Bekker “Real Madrid”in alman futbolçusu Toni Kroos haqda danışıb.
Publika.az xəbər verir ki, Bekker Kroosun ən yaxşı alman futbolçu olduğunu iddia edib.
“Bildiyiniz kimi, mən futbolu sevirəm! “Real Madrid”in “RB Leipziq”lə oyununa baxdım. Toni Kroosun oyunundan həzz aldım! Artıq bir müddətdir ki, dünyanın ən yaxşı alman futbolçusudur, lakin o, Almaniyada belə tanınmır”, – Bekker sosial şəbəkədəki səhifəsində yazıb.
Xatırladaq ki, ötən gün Leypsiqdəki (Almaniya) “Red Bull Arena”da keçirilən “RB Leypsiq” – “Real Madrid” matçı İspaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.