Şimali İrlandiyanın Nyutaunards bölgəsində İkinci Dünya Müharibəsinə aid olduğu bildirilən partlayıcı qurğunun tapılması səbəbindən 400-dən çox ev təxliyə edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Nyutaunards polis rəisi Conston MacDovel yazılı açıqlama verib.
O, bomba zərərsizləşdirmə işlərinin davam etdiyini bildirib. Təxliyə edilən evlərə göndərilən məktublarda əməliyyatın 5 gün və ya daha çox davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ards və North Dovns bələdiyyəsinin üzvü Pete Vrey partlayıcının nasist Almaniyası tərəfindən istifadə edildiyini bildirib. O, partlayıcı üçün mütəxəssislərin bölgəyə gəldiyini qeyd edib.
Roza Şəfiyeva