Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha yüz adamı oğurlayıblar.
Publika.az xəbər verir ki, faktı rəsmi şəxslər və BMT-nin Nigeriyadakı nümayəndələri təsdiqləyiblər.
Bildirilib ki, oğurlananlar iki qonşu kəndin sakinləridir.
Kaduna ştatında martın əvvəlində oğurlanan iki yüzdən çox adamın taleyi hələ də naməlumdur.