Sadəcə "kazino" sözünü yazmaq kifayət edir ki, sosial şəbəkələrdə onlarla belə səhifə qarşına çıxmasın... Hər birinin səhifəsi açıq, məlumatları isə şirnikləşdirici... Daha çox ödənilən məbləğlər və göndərilən pullarla bağlı məlumatlar əks olunan şəkillər...
Son zamanalar müxtəlif sosial şəbəkələrdə onlayn kazino və qumar oyunları ilə bağlı səhifələr çoxalıb. Hər kəs üçün açıq olan bu səhifələrdən istifadə isə rahat və limitszidir.
Bir çox insanı bu üsulla tələyə salan səhifələrin qurbanları isə günü gündən daha çox artır. Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, get-gedə təhlükəli hal alan bu oyunlarla bağlı əksər ölkələr qanunvericiliklərində dəyişiklik edirlər. Ölkəmizdə də geniş vüsət almağa başlayan bu oyunlarla bağlı qadağaların daha da sərtləşdirilməsinə ehtiyyac duyulur.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, online qumar oyunlarının təşkili ilə və bu mühitə çıxışın təmin edilməsi ilə mübarizə tədbirləri görülməkdədir.
Elektron Təhlükəsizlik Xidmətindən isə bildirildi ki, bu oyunların qurbanına çevrilən insanlar maliyyə problemləri ilə üzləşməklə bərabər eyni zamanda şəxsi məlumatlarını da riskə atırlar. Beləliklə kiber hücumlara şərait yartmış olurlar.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan mənbəyi məlum olmayan platformalara şəxsi məlumatlarını və ən əsası bank kartı məlumatlarını yerləşdirməməyi tövsiyyə edir.
QÜTB.AZ xəbər verir ki, Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial hazırlayıb.