29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İrəvan bəyan etdi: Bakıdan sülh sazişi ilə bağlı təklif almışıq

21 fev 2024 13:00
GÜNDƏM
ads

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb.

Publika.az “Sputnik Armenia”-ya istinadıa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O bildirib ki, iki ölkənin xarici işlər nazirləri növbəti görüşdə sülh müqaviləsini müzakirə edəcəklər.

“Hazırda bununla bağlı danışıqlar aparılır. Görüşün tarixi, yeri və formatı barədə dəqiq məlumat yoxdur. Biz işləməyə davam edirik”, - Qriqoryan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur