UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənlib. Səpələnmişlər səbətində yer alan Ağdam klubu 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunu keçərsə, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək:
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.
Heybət