Niderland hökuməti Afrika ölkələrində meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 3 milyon avro ayırıb.
QÜTB.AZ xəbər verir ki, bununla bağlı müvafiq qərarı Niderlandın xarici ticarət və inkişaf naziri Renette Klever verib.
Qeyd edək ki, hazırda Afrikanın 10-dan çox ölkəsində meymunçiçəyinə yoluxma halları qeydə alınıb.