Futbol üzrə Almaniya milli komandasının qapıçısı Manuel Noyer qapıçılar arasında Avropa çempionatında keçirdiyi oyunların sayına görə rekordçu olub.
Publika.az xəbər verir ki, qapıçı qrup mərhələsinin 3-cü turunun İsveçrə yığması ilə oyunu üçün Almaniya millisinin start heyətinə daxil olub. Bu görüş Noyerin Avropa çempionatında 18-ci oyunu olub. Bundan əvvəlki nailiyyət italiyalı Canluici Buffona (17) məxsus idi.
Qeyd edək ki, Noyerin 38 yaşı var və Avropa çempionatının ikiqat bürünc mükafatçısıdır (2012, 2016). Həmçinin Almaniya millisi ilə birlikdə qapıçı dünya çempionu olub (2014). 2011-ci ildən Noyer 11 dəfə Almaniya çempionu olduğu, 5 dəfə Almaniya kubokunun qalibi olduğu və iki dəfə Çempionlar Liqasının qalibi olduğu "Bavariya"da çıxış edir.
Avropa çempionatı Almaniyada keçirilir və iyulun 14-də başa çatacaq.