28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Reputasiyaya zərbə: Səfirlər Konqresə müraciət etdilər

07 fev 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Hind-Sakit Okean regionu ölkələrində bir qrup Amerika səfiri ABŞ Konqresini Ukrayna və İsrailə kömək üçün qanun layihəsini qəbul etməyə çağırıb.

Publika.az xəbər verir ki, diplomatlar xəbərdarlıq ediblər ki, Vaşinqton qanunvericilərin razılığa gələ bilməməsi səbəbindən müttəfiqlərinin etibarını itirmək riski daşıyır. Doqquz səfirin məktubundan “The New York Times” sitat gətirib.

Materialda bildirilir ki, ABŞ-ın tərəfdaş ölkələrinin hökumətləri tarixin dönüş nöqtəsində Vaşinqtonun qərarlarını diqqətlə izləyirlər.

“Onlar görmək istəyirlər ki, vəziyyət çətinləşəndə ​​ABŞ müttəfiqlərimizin və tərəfdaşlarımızın yanında olacaq, ya yox”, - məktubda bildirilir.

Qəzet yazır ki, bu cür ictimai müraciətlər diplomatlar üçün xarakterik deyil, onlar daxili siyasi müzakirələrdən çəkinməyə çalışırlar.

“İndiyə qədər heç birimiz belə bir məktuba imza atmamışıq. Lakin tarixi məqamın ağırlığını nəzərə alaraq, birbaşa və dürüst qiymətləndirməmizi sizinlə bölüşməyi zəruri hesab edirik”, - diplomatlar vurğulayıblar.

Nəşr qeyd edir ki , ABŞ Konqresinə müraciəti Amerikanın Cənubi Koreya, Yaponiya, Avstraliya, Filippin, Hindistan, Çin, Yeni Zelandiya, Malayziya və Vyetnamdakı səfirləri imzalayıblar.

Materialda bildirilir ki, Ukraynaya yardım planının həyata keçirilməməsi Asiya-Sakit okean regionunda Çini “cəsarətləndirə bilər”.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur