10.04.25 | Bakı 11.03° C |
09:57:13
Lent :

Fransanın Ermənistana verəcəyi “Sezar”ların sirri açıldı: 15 ay ərzində...

20 iyn 2024 10:00
GÜNDƏM
ads

Fransa Ermənistana 36 ədəd “Sezar” (CAESAR) artilleriya sistemləri verəcək.

Publika.az
xəbər verir ki, iki ölkə arasında bununla bağlı müqavilə imzalansa da, Ermənistanda bu məsələyə şübhə ilə yanaşanlar var.

Birincisi, “Sezar”ların Ermənistana nə vaxt çatıdırılacağıdır.

Fransa bu haubitsaların böyük partiyasını Ukraynaya göndərdikdən sonra yenidən istehsalına başlayıb. Əvvəlki dövrdə artilleriya qurğularının istehsalı üçün 30 ay vaxt lazım idisə, indi bu müddət 15 aya qədər azalıb. Bu o deməkdir ki, Fransa “Sezar”ları Ermənistana 15 ay ərzində çatdıra bilər.

İkincisi, “Sezar”lar Ermənistana verilsə də, onun mərmi probleminin necə həll ediləcəyi sual altındadır.

“Hraparak” nəşri yazır ki, müqavilə imzalamaq başqa, silahların Ermənistana çatdırılması başqa məsələdir.

“Bu silahların nə vaxt çatdırılacağı bəlli deyil. Eyni zamanda, “Sezar”lar Ermənistana verildikdən sonra da, onu istifadə edə bilən kadrlar lazımdır, eləcə də bu qurğuları öz sistemimizə inteqrasiya etməliyik. Həmçinin, mərmilərə ehtiyac var. Hər artilleriya qurğusu üçün ən azı 2-3 min mərmi lazımdır. NATO standartlarında isə 6 min mərmiyə ehtiyac var. Yəni 30 topunuz varsa, 180 min mərmi olmalıdır ki, bunun Ermənistana veriləcəyi də sual altındadır”, - nəşr yazır.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur