06.04.25 | Bakı 13.03° C |
00:15:43
Lent :

İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur

04 yan 2024 06:00
GÜNDƏM
ads

ABŞ Dövlət Departamenti İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli olmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışlara görə İsrailin məsuliyyət daşıması üçün heç bir səbəb görmür: "ABŞ heç bir şəkildə bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”.

Qeyd edək ki, SEPAH generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. Həmçinin İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə gözlənilən səfəri təxirə salınıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur