04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Barselona" onunla yollarını ayırmağa tələsir

08 yan 2024 02:00
İDMAN
ads
Advertisement

“Barselona” braziliyalı Rafinya ilə yollarını ayırmağa tələsir. Klub futbolçuya xərclədiyi pulun heç olmasa bir qismini geri qaytara bilmək üçün satışın tezliklə gerçəkləşməsi məsələsini nəzərdən keçirir.

Publika.az xəbər verir ki, La Liqanın cari mövsümünün futbolçu Rafinya üçün “Barselona” komandasının geyimində sonuncu olacağı güman edilir. Katalon klubu Braziliya təmsilçisinin oyunundan narazıdır.

Rafinya “Barselona”ya 2022-ci ilin yayında keçib. İspaniya çempionu onun üçün təxminən 60 milyon Avroya yaxın pul ödəyib. Lakin futbolçu klubun ümidlərini doğrultmayıb.

La Liqanın ötən mövsümündə braziliyalı futbolçu öz hesabına cəmi 15 oyun, üç qol və beş uğurlu ötürmə yaza bilib. “Catalan Sport”un məlumatına əsasən, azarkeşlər 25 yaşlı futbolçunun işinə münasibətindən narazı qalıblar.

Yerli KİV-də artıq futbolçunun satılacağı ilə bağlı şayiələr peyda olub. Səs-küylü transferin hələ ötən ilin yayında baş tutacağı gözlənilsə də, klubun idman direktoru Deku Rafinyanın vaxt keçdikcə “açılışacağına” ümidini kəsməyib. Lakin heç nə dəyişməyib.

Buna görə də, Katalon klubu futbolçunun yay transfer mövsümündə satılması məsələsini nəzərdən keçirir. Vingerə yeni və uğurlu təkliflər gələcəyi ilə bağlı söhbətlər səngimək bilmir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur