Britaniyanın müdafiə naziri İSTEFA VERDİ
Qalın atmosferə malik planet kəşf edilib
41 işıq ili uzaqlıqdakı Günəş sistemində Yerdən iki dəfə böyük olan planetin ətrafında qalın atmosfer aşkar edilib. Ancaq planetin həyat üçün uyğun olmadığı düşünülür.
55 Cancri e kimi tanınan planet, karbon dioksid və karbonmonoksit örtüyü ilə örtülmüş, əhəmiyyətli bir atmosferə malik günəş sistemimizdən kənarda olan bir neçə qayalı planetlərdən biridir.
Planetin atmosferi azot, oksigen, arqon və digər qazların qarışığından ibarətdir.
Ekzoplanetləri araşdıran Kanzas Universitetinin astronomu İan Krossfild bildiri ki, "Bu, yəqin ki, bu planetin atmosferə malik olduğuna dair ən tutarlı sübutdur".
55 Cancri e Yerdən böyükdür, lakin Neptundan kiçikdir.
Bu planetdə qaynama temperaturu 2300 dərəcə Selsiyə çata bilər ki, bu da planetdə həyatın yaşaması ehtimalının az olması deməkdir.
Bunun əvəzinə, elm adamları bu kəşfin daha qonaqpərvər ola biləcək qalın atmosferə malik başqa qayalıq planetlərin ola biləcəyinə dair ümidverici bir əlamət olduğunu söyləyirlər.
41 işıq ili uzaqlıqdakı ekzoplanet Yerdən səkkiz dəfə böyükdür və səthi maqma okeanları ilə örtülüdür.
Araşdırma "Nature" jurnalında dərc olunub.
Ziya Muharrem