Türkiyəli aktyor Erdal Beşikçioğlu narkotik istifadəçisi olduğu ilə bağlı haqqında çıxan iddialara cavab verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda narkotik asılılığından müalicə aldığı iddia olunan aktyor bunları deyib:
"Narkotik satdığıma görə mənə cinayət işi açdılar. Daha sonra məni istifadəçiyə çevirdilər. Anam fikirdən 6 ayın içində vəfat etdi. Bütün bunlar mən etiraz aksiyalarında iştirak etdikdən sonra oldu. Həmin ərəfədə bir çox sənətçi belə qəribə və alçaldıcı iddialara məruz qalırdılar. Bu da onlardan biri idi. Belə bir şey heç vaxt olmayıb, olmayacaq da".