31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Xorvatiyalı futbolçu Azərbaycan millisində oynama səbəbini açıqlayıb

25 avq 2022 06:20
İDMAN
ads

Təcrübəli oyunçu Azərbaycan millisini seçməsinin səbəbini isə belə izah edib:

"Xorvatiya yığmasında oynama şansımın olmadığını gördüm. Bu səbəbdən, Azərbaycan millisində çıxış etməyi qərara aldım. Çünki burada 5 il keçirmişdim".

Qutb.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç index.hr nəşrinə müsahibəsində deyib. 31 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasında yeganə əcnəbi olmadığını xatırladıb: "Komandada braziliyalı Riçard Almeyda da var. AFFA yerli klubda 5 ildir çıxış edən hər hansı legionerin milliyə kömək edə biləcəyini düşünürsə, hansısa nəticəyə nail olmaqdan ötrü ona vətəndaşlıq verir. Fikrimcə, Azərbaycan yığmasında oynama qərarıma azarkeşlər də sevinmişdilər".

Ozobiç Azərbaycandakı vəziyyətdən də danışıb: "Buradakı bir çox digər oyunçular kimi, mən də rusca danışıram. Ona görə də ünsiyyət sarıdan problemim yoxdur. Bakıya gəldikdə, həqiqətən də müasir şəhərdir, hər şey yenidən tikilib və yaşamaq çox xoşdur. İmkanı olan hər kəsə Bakıya baş çəkməyi məsləhət görərdim".

Xatırladaq ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. O, "Qarabağ"dan əvvəl "Qəbələ"nin formasını geyinib. Xorvatiya əsilli yarımmüdafiəçi 2021-ci ilin yayında milliləşdirilib.



Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur