NATO bütün ölkələrdən Ukrayna münaqişəsində Rusiyaya dəstək verməməyi tələb edib və Moskva ilə qarşılıqlı əlaqəni pisləyib.
Publika.az xəbər verir ki, NATO-nun bəyanatında “Biz bütün ölkələri Rusiyanın təcavüzünə yardım göstərməməyə çağırırıq”, - deyə bildirilib.
Qeyd edək ki, Rusiya xüsusi əməliyyata 24 fevral 2022-ci ildə başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən sui-istifadə və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Onun sözlərinə görə, buna nail olmaq üçün “Ukraynanın demilitarizasiyası və denazifikasiyası”nın həyata keçirilməsi və Donbasda “mülki əhaliyə qarşı qanlı cinayətlərə” görə cavabdehlik daşıyan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Cəmilə