Səudiyyə Ərəbistanının "ən-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkələrdə yeni paylaşım edib.
QÜTB.AZ xəbər verir ki, Milad tətilini ailəsi ilə birlikdə Avropadakı xizək kurortlarından birində keçirən 39 yaşlı futbolçu soyuqda köynəyini çıxarıb və poza verib. Futbol ulduzu çılpaq sinəsinin fotosunu yayımlayaraq abunəçilərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
"Hər kəsin Milad bayramı mübarək!" - Ronaldo paylaşıma bu sözləri əlavə edib.
Hüseyn İbadlı