06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İrakli Kobaxidze Əli Əsədovla görüşdü

17 yan 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.

QÜTB.AZ "Report"a iatinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.

Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.

Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikada inkişaf etdiyi qeyd olunub, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.

Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur