Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbraimov alimlik dərəcəsi alıb.
Publika.az xəbər verir ki, E.İbrahimov Taras Şevçenko adına Kiyev Milli Universitetində “Yerli idarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsinin inzibati-hüquqi üsulları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Qeyd edək ki, E.İbrahimov həm də Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidentidir.