28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İranda müasirliyə növbəti addım: Dövriyyəyə rəqəmsal pul buraxır

18 iyn 2024 14:00
GÜNDƏM
ads
Advertisement

İran Mərkəzi Bankı iyunun 21-dən rəqəmsal rialı ictimai dövriyyəyə təqdim edəcək. Müştərilər ştrix-kodu skan etməklə alış-veriş edə və pul köçürə biləcəklər.

Pulika.az xəbər verir ki, bu barədə bankın ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər və Kiş adasında “Rəqəmsal Rial” yeni əməliyyat xidmətinin pilot mərhələsinin gedişi sayəsində 21 iyun 2024-cü ildən etibarən bank şəbəkəsinin müştəriləri kağız pul və ya bank kartlarından istifadə etmədən, sadəcə olaraq rəqəmsal riallı pul kisəsindən istifadə etməklə yeni üsulla alış-veriş edə biləcəklər. Həmçinin digər müştərilərin pul kisələrinə pul köçürə biləcəklər”, - deyə bankın məlumatında deyilir.

Məlumata görə, İran Mərkəzi Bankı rəqəmsal rial layihəsi üzərində 3 il əvvəl işə başlayıb və 21 iyun 2024-cü il tarixindən etibarən iki İran bankının - Mellat və Tejaratın iştirakı ilə “sözügedən layihə mərhələyə daxil olacaq ki, bu da Kiş adalarından başlayır.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur