"Spice Girls" pop qrupunun keçmiş üzvü Viktoriya Bekhem incə olmağın sirrini açıqlayıb.
Publika.az xəbər verir ki, o, müvafiq məlumatı "İnstaqram" səhifəsində paylaşıb.
49 yaşlı məşhur, qeyri-adi pozada güzgü qarşısında qara fitnes kostyumunda top və qamaşlarla göründüyü kadrları yayımlayıb. Eyni zamanda ulduzun ayağının birinə sınıq səbəbindən gips vurulub.
Dizayner zədə almasına baxmayaraq, hələ də idmanla məşğul olduğunu bildirib və dartma hərəkətini necə yerinə yetirdiyini nümayiş etdirib. O, paylaşıma “Sənin üçün çox darıxıram” şərhini yazıb.
Bundan əlavə, Bekhem əlində bir stəkan şərab tutaraq ayağını bərpa etmək üçün fiziki prosedurdan keçdiyi fotonu da nümayiş etdirib.
Martın əvvəlində Viktoriya Bekhemin idman zalında qoltuqağacı ilə görünməsi internetdə tənqidlərə məruz qalmışdı. Ulduz həmin vaxt bir ayağına idman ayaqqabısı, digər ayağına isə tibbi şin taxmışdı. Dizayner qoltuqağacına söykənərək idman zalına getməyi dayandıra bilməyəcəyini etiraf edib.
Hüseyn İbadlı