Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava: məşhur sahibkarın oğlu həbs olundu
“Azərbaycan Mədəniyyətlər Akademiyası 2024” layihəsi uğurla başa çatıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “CreArt” proqramı çərçivəsində “Azerbaijan Cultures Academy” - “Azərbaycan Mədəniyyətlər Akademiyası” layihəsi baş tutub.
QÜTB.AZ xəbər verir ki, 3 gün ərzində təşkil olunan düşərgə Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonunda baş tutub. Düşərgənin rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. ATGTİ-nin baş katibi Rəşad Zeynalovunmoderatorluğu, ATGTİ-nin sədri Pərviz Mirələmli, İsmayıllı Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Nigar Səlimli, Dövlət Turizm Agentliyi İsmayıllı Regional İdarəsi əməkdaşı Arifə Qarayevanın iştirakı ilə “Mədəniyyət: Əsrlərin Gəncliyə Mirası” mövzusunda tələbələrlə panel görüş olub, onların sualları cavablandırılıb.
Müxtəlif yerli və xarici tələbənin iştirakı ilə baş tutan akademiyanın 1-ci günü iştirakçılarla “Mədəniyyətlərarası Dialoq” keçirilib, “Qloballaşma şəraitində yerli mədəniyyətlərin qorunması” mövzusunda müzakirələr aparılıb.
Layihə ərzində iştirakçılar üçün kulinariya, teatr, musiqi üzrə səhnələr təşkil olunub, iştirakçılar öz istedadlarını nümayiş etdiriblər. O cümlədən şəbəkələşmə oyunları, asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün müxtəlif əyləncələr, “Mədəni irsin qorunmasının dünya üçün əhəmiyyəti” mövzularında təlim sessiyası, İsmayıllının gəzməli və görməli yerlərinə maraqlı səfərlər təşkil olunub.
Qeyd edək ki, akademiya ölkəmizdə təhsil alan müxtəlif yerli və xarici tələbələrin də olduğu, tərkibində mədəniyyətlərarası dialoq, musiqi, teatr, milli kulinariya əsaslı mövzuları bir araya gətirərək müxtəlif mədəniyyətlərin fəaliyyətlər üzrə nümayişində tələbələrin fəal iştirakını təmin etmək məqsədilə keçirilir.