Nüvə sualtı qayığında işləmək üçün kontr-admiral tapa bilməyən Britaniya Kral Donanması işçi axtarışı saytında elan yerləşdirib.
Publika.az xəbər verir ki, Britaniya donanması sualtı qayıqların hazırkı direktoru, kontr-admiral Simon Asquithi əvəz edəcək işçi tapmadığı üçün “LinkedIn”-də elan yerləşdirib. Elanda sualtı qayıqlara komandanlıq təcrübəsi olan təqaüdçü zabit axtardıqları və bu vəzifə üçün illik 150 min funt sterlinq maaş verəcəkləri qeyd olunub.
Açıqlamaya görə, işə götürüləcək şəxs son dərəcə məxfi və elit əməliyyatlara cavabdeh olacaq , həmçinin “Trident” nüvə sualtı qayığına komandanlıq edəcək.
Qeyd edək ki, Britaniya mətbuatında donanmada ciddi kadr çatışmazlığı yaşanır, ona görə də iki döyüş gəmisinin xidmətdən çıxarıldığı bildirilir.
Roza