09.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Bu parkın tikintisinə 8,7 milyon manat xərclənəcək

09 yan 2025 07:00
GÜNDƏM
ads

Ağdam şəhərində Mərkəzi parkın tikintisi işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

QÜTB.AZ xəbər verir ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müəyyən işlərə başlayıb.

Qurum parkın tikintisi işlərinə 8,7 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında təməli qoyulan parkın 5 hektar ərazini əhatə edəcək. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün şərait yaradılacaq. Burada, həmçinin, su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.

Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün imkan yaradılacaq.

(Trend)

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur