Braziliyanın Milli İqtisadi və Sosial İnkişaf Bankı elektriklə işləyən “uçan avtomobil” istehsal edəcək zavodun tikintisinə təxminən 100 milyon ABŞ dolları sərmayə qoyacağını açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, şaquli vəziyyətdə qalxan və enən nəqliyyat vasitəsinin (eVTOL) seriyalı istehsalına 2026-cı ildə başlanılmalıdır.
Braziliyanın “uçan avtomobili” helikopter, təyyarə və kvadrokopterin hibridinə bənzəyir.
Qeyd olunur ki, tam elektriklə işləyən avtomobilin elan edilmiş dəyəri helikopterdən altı dəfə ucuz olacaq. Eyni zamanda səs-küy səviyyəsi də helikopterdən 90% az olacaq.