Almaniya Hindistandan sursat almaq və Ukrayna Silahlı Qüvvələrinə (AFU) ötürmək üçün gizli danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə “Spiegel” yazıb.
“ Yeni Dehli hökuməti açıq şəkildə qumbaralarını satmaq istəmir, çünki Hindistan hələ də Moskva ilə dostluq münasibətlərini saxlayır. Nəticədə, hazırda vasitəçilər vasitəsilə döyüş sursatı əldə etməyin mümkün olub-olmaması ilə bağlı məxfi danışıqlar aparılır”, - nəşr qeyd edir.
Berlinin seçimi Hindistandır. Çünki bu ölkədə bir neçə yüz min artilleriya sursatı var. Nəşr vurğulayır ki, bu cür danışıqlar böyük sursat ehtiyatlarına malik ərəb ölkələri ilə də mümkündür.
Tural